TravelNews.Az

Maldiv adaları- Vaadhoo sahili

 

Hava qaralarkən meydana çıxan mavi rəngdə olan parlaq ləkələr Maldiv adalarındakı Vaadhoo çimərliyində turistlərin sevə-sevə baş çəkdiyi ən füssünkar məkanlardan biridir. Bu mənzərə,sanki ulduzların göy üzündən enərək dəniz suyuna səpələnməsinə bənzəyir. Bir sözlə,artıq çoxlarının tanıdığı Vaadhoo çimərliyini “təbiətin möcüzələrindən biri” kimi adlandırmaq olar.

Vaadhoo Maldivin dəb-dəbəli adalarından birində yerləşir. Gündüz vaxtı bu məkan sadə,qumlu və palmalı çimərliklərdən heç də fərqlənmir. Lakin qaranlıq düşən kimi bura nağıllar aləminə bənzəyir.

Bu mavi ləkələrin saçdığı işıqlar mürəkkəb kimyəvi reaksiyalardan əmələ gələn “lüminesans” adlandırılan prosesin nəticəsidir. Hind okeanının dalğaları bu mikroorqanizmlər bəzən okeanın içinə də aparır,lakin bir çoxu sahildə qalaraq işıq saçmağa davam edirlər.

Fitoplanktonların nəsil vermə dövründə onlar daha parlaq işıq saçmağa başlayırlar. Bu dövrdə sahil sözün əsl mənasında atəşfəşanlığı xatırladır.

Bu sehrli mənzərəni daxildən izləmək üçün suya baş vurmaq istəyənlər də az deyil,amma bu suda üzmək insan həyatı üçün çox təhlükəli ola bilər. Belə ki,mikroorqanizmlər parıltayarkən suya güclü toksik tərkibli maddə ifraz edirlər. Ona görə də bunu sahildən seyr etmək ən ideal variantdır.

 

 

 

 

Şərhlər

şərhlər