TravelNews Profi Travel-ə istinadən xəbər verir ki, İtaliyanın Kapri adası ətraf mühit üçün həlledici bir qərar qəbul edib. Turistlər salafan torbalar və plastik qablardan istifadə etdikdə 500 avroya qədər cərimə ödəməli olacaqlar. May ayından həyata keçiriləcək bu qadağa Neapola yaxın olan sahillərin zibillənmədən qorunmasına görə tətbiq olunur. Qanun bələdiyyə başçısı Cavanni de Martinonun dəstəyi ilə həyata keçiriləcək.
“Bu böyük bir irəliləyişdir, əgər biz ətraf mühiti qorumaq üçün belə addım atırıqsa, buna kiminsə qarşı çıxacağına inanmırıq” başçı Times-a müsahibəsində demişdir. Qeyd edək ki, ada ildə 2,3 milyon turist tərəfindən ziyarət edilir və bütün turistlər arxalarıyca öz tullantılarını yığmırlar. Hələlik adada plastik qablarda su satmağa icazə verilir, lakin tezliklə onu da qadağan etmək planlaşdırılır.
Qeyd edək ki, Kapri bu qadağanı qoyan qoyan ilk turistik zona deyil. Adriatik dənizində Tremiti adası ötən ilin yayında oxşar qanunvericiliyə uyğun olaraq turistlər üçün 50 avroya qədər cərimələr tətbiq etməyə başladı. Cərimənin təkrar pozulması isə 500 avroya çatırdı. Apuliyanın materik hissəsi də oxşar qadağanı tətbiq etməyi planlaşdırır.
Xatırladaq ki, İtaliyada ciddi cərimələrlə turistlər üçün çoxlu qadağalar var. Roma şəhərində fəvvarələrdə üzmək və axşam saatlarında spirtli içkilər içmək qadağandır. Florensiyada turistlər, ictimai yerlərdə yemək yeyə bilməzlər, kilsələrin və dükanların pilləkənlərində oturmaq qadağandır və s.
Şərhlər
şərhlər