Rumıniyanın ən sirli, mənzərəli, qeyri-adi və unikal yerlərindən biri də ölkənin qərbində Karaş-Severin adlı regionda yerləşən Biqar şəlaləsidir.
Bu təbii möcüzənin gözəlliyi onun böyüklüyündə və yüksəklikliyində yox, qeyri-adi formasındadır. 2013-ci ildə «The World Geography» jurnalı reytinqə görə “Dünyanın 8 ən gözəl şəlaləsi” siyahısında ilk olaraq Biqar şəlaləsinin adının qeyd etmişdir.
Şəlalənin digər bir unikallığı onun ekvator və şimal qütbü arasındakı 45 dərəcəli paraleli yarıdan bölməsidir.
Biqar şəlaləsi Rumıniyanın Beusnika milli parkının ərazisində yerləşir. Şəlalə yaxınlığında bir taxta körpü yerləşir və parka gələnlər taxta körpüdən keçərək şəlaləni daha yaxından görə bilərlər.
Qışda da şəlalənin çox gözəl olduğunu qeyd etmək lazımdır.
Hər bir şəlalə haqqında əfsanə yoxdur, lakin Biqarın kiçik bir əfsanəsi var. Kasıb bir kəndli ailənin uzun illərdir övladı olmadığına görə qadın əlacsız qalaraq cadugərə üz tutur. Cadugər ona deyir ki, əgər o yaz vaxtı bu suyu içərsə övladları olacaq. Lakin, əgərsə qız övladı doğularsa, qız heç vaxt kimisə sevə bilməz yoxsa onu ölüm gözləyir. Və hər şey cadugərin dediyi kimi də olur. Qadın suyu içir və qız övladı dünyaya gətirir. Qız böyüdükdən sonra isə Biqar adlı bir oğlana aşiq olur. Qızının ölməsindən qorxaraq atası onu qaranlıq bir mağaraya salır. Qızın səsinə isə onun taleyini deyən cadugər gəlir. Cadugər ona yalnız bir yolnan kömək edə biləcəyini deyir və onu şəlaləyə çevirir. Beləliklə, güclü əsən külək oğlanı bu şəlaləyə yıxır. Oğlan qızın göz yaşlarından yaranmış şəlalənin sularında boğularaq ölür və onlar beləcə qovuşurlar.
Şərhlər
şərhlər