İsveçrəyə səyahət etməyin 6 səbəbi:
1.Təbiət
İsveçrənin təbiəti inanılmaz dərəcə gözəldir! Zümrüd rəngli göllər İsveçrə dağlarını görmək, təmiz dağ havasında nəfəs almaq, sıldırımlı dağların mənzərəsini bir dəfə görmək yetər ki, siz bu yerlərə bir daha gəlmək istəyəcəksiniz. Bu cür kiçik əraziyə rəngarəng təbiətin sığışması möcüzədir.
2.Ekologiya
Belə təmiz təbiət bu ölkənin visit kartı sayılır. Ekologiya İsveçrə üçün ən önəmli amildir. Əhali öz ölkəsinin gözəlliyini və təmizliyini qorumaq üçün çox şey hazırdır. Zibillərin komplektləşdirilməsi, nəqliyyatda ən çox velosipedlərdən istifadə bu sahədə öz sözünü deyir. Dağ kəndlərinin havanın təmizliyini qorumaq üçün yalnız elektriklə işləyən nəqliyyat vasitələrindən istifadəyə icazə vermişdir: Zermatt, Wengen və s. kəndlər.
3. Yüksək yaşayış səviyyəsi
Zürich artıq bir neçə ildir ki, yaşayış səviyyəsinin yüksəkliyinə görə birinci yerdədir. Cenevrə isə üçüncü yerdədir. Şəhərin təmizliyi, təhlükəsizliyi, ictimai nəqliyyatın rahatlığı, keyfiyyət və bütün bunlar yer üzündə cənnətin olduğunu bir daha sübut edir.
4.Adət-ənənələr
İsveçrə, müasir həyatın və texnologiyann göstərdiyi təsirə baxmayaraq öz ənənlərini qorumağa çalışır. Orta əsrlər atmosferinə atılacaq başqa heç bir yer kimi. Çox sayda bayramlar və festivallar, ənənəvi folklor nümayişləri sizi İsveçrənin mədəniyyəti və tarixi ilə tanış edəcək.
5.Tarix
İsveçrə müharibələrdə dağıdılmayan bir neçə ölkədən biridir. Burada 10-cu əsrdə tikilmiş binalar qorunub saxlanmışdır.
6.Milli mətbəx
Ən dadlı pendirlərdən sayılan İsveçrə pendirinin dadına baxmaq, onun necə hazırlandığını görmək, ağ şərab və isveçrə “fondyu” ilə şəhərin küçələrində tramvayda getmək. Bunlar hamısı xüsusi bir abu-hava bəxş edir.
Şərhlər
şərhlər