TravelNews.Az

Bugün paraşütün yaranma günüdür

3 iyun bütün dünyada paraşütün yaranma günü qeyd olunur.

İnsanlar həmişə göyü fəth etmək arzusunda olmuşlar və onların istəkləri zaman keçdikcə gerçəkləşməyə başladı.

İlk paraşüt eskizləri 1483-cü ildə Leonardo da Vinci tərəfindən çəkilmişdir. Da Vinci yazmışdır ki, “bir insanın 12 metr enliyində və 12 metr uzunluğunda nişastalı parçası varsa, o, hər hansı bir yüksəklikdən tam təhlükəsiz şəkildə tullana bilər”.

3 iyun 1785-ci ildə fransalı hava pilotu François Blanchard (1753-1809) Londondakı nümayişində hava şarından atılmaq üçün dəmir karkaslardan hazırladığı paraşütü insanlara təqdim etdi. Blanchard öz ixtirasını test etməyə cəsarət etmədiyi üçün 300 m yüksəklikdən bir iti paraşütlə aşağı atdı. Xoşbəxtlikdən, heyvan təhlükəsiz şəkildə yerə endi. Bir il sonra Blanchard Hamburqda növbəti təcrübəsini etdi. Bu dəfə göydən yerə qoyun endi. Paraşütla yerə enən ilk insan isə 22 oktyabr 1797-ci ildə fransız pilotu Andre-Jacques Garnerin idi. Onun eniş etdiyi yer Parisdə Monceau parkına 400 metr yüksəklikdən idi və bu hadisə Avropada bir ilk oldu. Bu gün paraşüt sistemlərinin tətbiq sahəsi çox genişdir: şəxsi, xilasedici, hərbi, humanitar yardım, avadanlıq daşıyan, yük, əyləcli, kosmik paraşütlər və digər növlər istifadə olunur.

Şərhlər

şərhlər