Britaniyanın Turizmə Nəzarət Agentliyi Şri-Lankanı təhlükəli ölkələr siyahısından çıxarmışdır. Öz turistlərinin Şri-Lankaya səyahət məhdudiyyətini aradan qaldırmışdır.
Bildiyimiz kimi, bu il aprel ayında Müqəddəs Pasxa bayramı ərəfəsində Şri-Lankada kilsədə baş vermiş terror aktı nəticəsində 250-dən çox insan vəfat etmişdir. Bu səbəbdən, bir çox ölkələr Şri-Lankaya turist göndərməyə ehtiyat edirdilər.
TTG Media-nın verdiyi məlumata görə,bu hadisə Tui daxil olmaqla bir çox opertorların müştərilərinin uzaqlaşmasına və hətta regionun bazarda zəifləməsinə gətirib çıxardı.
Britaniyanın Turizmə Nəzarət Agentliyinin icraçı meneceri Kerry Golds deyib ki: “Şri Lanka mənzərəli peyzajları, qədim, tarixi yerləri və mehriban insanları ilə məşhurdur. Hal-hazırda onların bizim dəstəyimizə ehtiyacı vardır. Turizm ölkə iqtisadiyyatının böyük bir hissəsidir və bizim öz turistlərimizə aid məhdudiyyəti ləğv etməyimiz Şri Lanka xalqı üçün şad xəbərdir”.
Şərhlər
şərhlər