Elə turistlər var ki, onlar üçün səyahətdə əsas rolu xidmət və “luxury” istirahət oynayır. Lakin, bəzi turistlər minimum xərc ilə daha tez-tez səyahət etməyi üstün tutur.
Bugün sizə minimum xərclərlə səyahətdən maksimum həzz almağın bir neçə üsullarını sadalayacayıq.
1.Erkən rezervasiya
Səyahətə qənaət etməyin ən effektiv variantlarından biri erkən rezervasiya sayılır. Çünki turu 3-4 ay əvvəlcədən almaq daha ucuz başa gəlir, nəinki istirahətə 3-4 həftə qalmış almaq.
2.Düzgün mövsüm
Əgər siz çimərlik, isti yay günəşi, qumlu sahillərə üstünlük verirsinizsə və istirahətinizi Aralıq dənizi ölkələrinin birində keçirməyi planlaşdırırsınızsa, onda səyahətə yay aylarında deyil, may, sentyabr yaxud oktyabr aylarında getməyiniz məsləhət görülür. Bu aylarda hava kifayət qədər isti olur və ən əsası isə daha ucuz paket almaqla büdcənizə qənaət etmiş olursunuz.
3.Qaynar turlar
Əgər erkən rezervasiyadan yaralana bilməmisinizsə “qaynar tur” xidmətindən istifadə edə bilərsiniz. Belə turları səyahətdən 1 həftə, hətta, elə ola bilər ki, 2-3 gün əvvəlcədən almaq şansı var.
4.Bir yox bir neçə nəfər ilə səyahət
3 və daha artıq nəfərlə səyahət etmək istirahətinizi həm maraqlı həm də sərfəli edir. Belə ki, siz ayrı-ayrı bir neçə nömrə sifariş etmək əvəzinə, bir neçə otağı olan 1 “family room” sifariş edərək qənaət etmiş olursunuz.
5.”Bed and Breakfast” istirahət
Yemək daxil olmayan turun daha ucuz olduğunu yəqin ki, çoxumuz bilirik. Demək olar ki, 85% otellərdə turistləri ya səhər yeməyi ya isveç masası ya da pulsuz içkiyə qonaq edirlər. Amma belə tur almamışdan əvvəl yoxlayın və əmin olun ki, qaldığınız yerdə market, kafe və restoranlar mövcuddur.
6.Minimal gün sayı
İstirahətə yollanarkən 2 həftəlik paketlər almağa tələsməyin. Çünki, gedəcəyiniz yerdə istirahət sizin xoşunuza gəlməyə də bilər. Ona görə ehtiyatı əldən verməyin və 3-6 günlük turlar sifariş edin.
Sonda bir söz demək istəyirik ki, bacardığınız qədər tez-tez səyahət etməyə çalışın, çünki səyahət insanı həqiqətən xoşbəxt hiss etdirir 🙂
Şərhlər
şərhlər