Contiki səyahət agentliyinin mütəxəssisləri 40 yaşdan aşağı turistlərin gələn il hansı ölkəyə üz tutacaqlarını müəyyən ediblər.
Tədqiqatda iki nəslin 320 mindən çox nümayəndəsi iştirak edib: Z (1999-cu ildən sonra anadan olanlar) və Y (1981-ci il təvəllüdlü). Onlara 2020-ci ildə hansı ölkəyə səfər edəcəkləri sualı verilib və cavabında iştirakçıların çoxu Yunanıstanı seçib.
Səyyahların diqqətini Mykonosun ağ çimərlikləri, gözəl İos adası və Afina, Olimpiya, Delfi kimi tarixi yerlər cəlb edir.
Reytinqin ikinci yerində İtaliyadır. Gənclər yeni turistlər üçün qoyulan qadağalara baxmayaraq Venesiyaya da üz tutmaq niyyətindədirlər. Siyahıda Florensiya ve Roma da yüksək pillələrdə yerləşir.
Şərhlər
şərhlər