TravelNews.Az

Bu aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportunda 100 faiz punktuallıq nümayiş ediblər

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Eyni zamanda bir neçə aviaşirkət –  “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə – 100 faiz punktuallığa nail olub.

“Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “İran Air”, “flyNAS”, “Uzbekistan Airways”, “Belavia” və “Qatar Airways” planlaşdırılmış uçuşların ən azı 90 faizi yerinə yetiriblər.

“Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstəriblər.

Ümumilikdə, 2019-cu ilin noyabr ayında Bakının hava limanından uçuşların 81faizi planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Şərhlər

şərhlər