9 dekabr tarixində “Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilmişdir.
⠀⠀
Yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Vertolyotları” səhmdar cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.
⠀⠀
Müvafiq saziş AZAL-ın prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanmışdır.
⠀⠀
Mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak etmişdirlər.
⠀⠀
AZAL-dan aldığımız məlumata görə, tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilmiş, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdirmişdirlər.
Şərhlər
şərhlər