TravelNews.Az

90 yaşlı rəssam kənddən sənət əsəri yaradır- FOTO

Xalq rəssamı Anejka Kaşparkova 90 yaşını qeyd etdi. 40 ildir hər yaz və yay aylarında evlərə naxış çəkərək kəndi gözəlliyə bürüyür. İstədiyimiz halda hər hansı adi bir yeri heyrətamiz bir yerə çevirmək olar, əsasən soyuq qışdan sonra ..  Bunu Çexiyadakı  kiçik Luka kəndinin nümunəsində görmək olar. Kənd günü- gündən çiçəklənir, buna səbəb isə kəndin istedadlı sakinidir. O evləri milli naxışlarla bəzəyərək, xüsusi kolorit yaradır.

Boş vaxtını sevimli işinə həsr edən Anjela , daha öncə kənd təsərrüfatı  işçisi idi. Gördüyünüz bu əsərləri yaratmaq üçün o, nazik fırçadan və ultramarindən istifadə edir. Rəssamın kənddə sevdiyi yer isə kilsədir.

Kəndin sakinləri bu rəsmləri heyranlıqla seyr edirlər. Ən maraqlısı da odur ki, o nə təsvir edəcəyini  öncədən düşünmür.

Bundan belə nəticəyə gəlmək olar ki, sevdiyimiz iş bizi yaşamağa və daha irəliyə getməyimizə dəstək olan qüvvədir!

 

Mənbə: neveroyatno.website

Şərhlər

şərhlər