Yaponiyanın milli aviadaşıyıcısı “Japan Airlines” fevral ayından xarici turistlərə 50 000 ədəd pulsuz bilet paylayacaq.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Xatırladaq ki, bu ölkənin paytaxtı Tokio 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Pulsuz aviabiletlər isə iyulun 1-dən sentyabrın 30-na qədər etibarlı olacaq.
Pulsuz aviabilet qazanmaq istəyənlər şirkətin “Mileage Bank” proqramı ilə qeydiyyatdan keçməlidirlər. Yaponiyanın Turizm Agentliyinin təşkil etdiyi kampaniyanın əsas məqsədi 2020-ci il olimpiya oyunlarını izləmək üçün ölkəyə gələn turistlərin Yaponiyanın ucqar bölgələrinə getməsini təşviq etməkdir.
Report.az
Şərhlər
şərhlər