TravelNews.Az

Bakıda yeni ekoparkların yaradılması təklif edilir

Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA ) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədi ilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq Eko Parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Bu barədə AzETA-dan bildirilib.

Məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib, o cümlədən, ekoloqlar, torpaqşunaslar, qidroloqlar, coğrafiyaçılar, botaniklar, zooloqlar, iqlimşunaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində Eko Parkların yaradılması imkanlarını araşdırırlar və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində Eko Parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıblar. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınırlar.

AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına töhfə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdırlar, bu isə davamlı inkişafa səbəb olur. Eko Parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaq.

Report.az

Şərhlər

şərhlər