TravelNews.Az

Britaniya Avropa İttifaqından çıxdı

Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib.

Yanvarın 31-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-də saat 03:00-da) Aİ-ni tərk edən Böyük Britaniyada 11 aylıq keçid dövrü başlayıb.

Ölkə 47 il bu İttifaqın tərkibində olub, lakin Avropaya tam inteqrasiya olunmayıb: Birləşmiş Krallıq öz valyutasını qoruyub saxlayıb və Şenqenə daxil olmayıb.

@Azerbaycan24

Şərhlər

şərhlər