TravelNews.Az

Monako ilə İndoneziya bayraqlarının fərqi nədir?

Bilirdiniz mi ki, Monako və İndoneziyanın bayraqları eyni görünür?

Monako və İndoneziya bayraqlarının oxşarlığı diplomatik qarşıdurmaya səbəb olmuşdur. Monako hökuməti İndoneziya Respublikasının 1945-ci ildə Monako ilə eyni bayrağı qəbul etdiyini biləndə rəsmi şəkildə etiraz bildirib. Lakin İndoneziya bayrağının Monako bayrağından daha qədim olması səbəbi ilə etiraz rədd edilib.

Vizual olaraq Indoneziya və Monako bayraqları eyni görünür, amma aralarında fərqlər var.

Monako bayrağının eninin uzunluğuna nisbəti 4:5, İndoneziyanın isə 2:3. Bu ölkələrin bayraqları oxşar olsada hər ikisinin mövcud olamağa haqqı var.

Travelnews.az

Şərhlər

şərhlər