TravelNews.Az

Küveyt İranla uçuşları dayandırdı

Küveyt İranla aviaəlaqəni dayandırıb.

Bu qərar İranda koronavirusa yoluxma hallarının qeydə alınması ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, son iki həftə ərzində İranda olmuş xarici vətəndaşların da Küveytə daxil olması qadağan edilib. İrandan gəlmiş Küveyt vətəndaşları isə karantinə alınacaq.

Küveyt hökuməti yerli sakinləri İrana getməməyə çağırıb.

Qeyd edək ki, son günlər ərzində İranın müxtəlif əyalətlərində koronavirusa 18 yoluxma halı qeydə alınıb.

Trend

Şərhlər

şərhlər