TravelNews.Az

Almaniya aviaşirkəti 150 təyyarəni istismardan çıxaracaq

Almaniya aviaşirkəti Lufthansa, eyni zamanda ona məxsus Austrian Airlines, SWISS və Brussels Airlines, koronavirusun yeni bir növü yayılması səbəbindən 150 təyyarəsini istismardan çıxarır.

Bu barədə “Reuters” agentliyi aviaşirkətinin nümayəndəsinə istinadən bildirib.

Bildirilib ki, bütün “Lufthansa Group”un aviaparkında 770 təyyarə var. Beləliklə, məhdudiyyətlər demək olar ki, onun beşdə birinə təsir göstərəcək.

Qeyd edilib ki, 125 yaxın və orta magistrallı layner və 25 uzaq magistrallı laynerlər istismardan çıxarılacaq.

Trend.az

 

Şərhlər

şərhlər