TravelNews.Az

Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər

şərhlər