TravelNews.Az

Polşa səfirliyi viza üçün sənəd qəbulunu dayandırır

Polşanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.

Səfirlikdən  verilən məlumata görə, bu addım COVID-19 koronavirusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.

Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.

Xatırladaq ki, ötən il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını elan edib. Xəstəliyin törədicisi rəsmi adı COVID-2019 olan koronavirusun yeni növüdür.

Koronavirus infeksiyasına yoluxma halları artıq dünyanın 129 ölkəsində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Report.az

Şərhlər

şərhlər