TravelNews.Az

Gürcüstan üç ölkə ilə səyahət qaydalarını sərtləşdirib

Gürcüstan höküməti koronavirusun yayılması riskini azaltmaq məqsədi ilə Norveç, Danimarka və İsveçrə ilə  səyahət qaydalarını sərtləşdirib.

Müvafiq qərar Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Qərara əsasən, sözügedən ölkələrdən qayıdan şəxslər COVID-19 virusuna yoluxmama ilə bağlı sertifikat təqdim etmədikləri təqdirdə, 14 gün müddətinə karantinə alınacaqlar.

APA

Şərhlər

şərhlər