Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları bu gün koronavirusa qarşı mübarizə ilə bağlı videokonfrans keçirəcəklər. Konfrans zamanı ittifaq ərazisinə səfərlərə məhdudiyyətlər təsdiq ediləcək.
Bu təklifi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen səsləndirib. Onun sözlərinə görə məhdudiyyət xaricilərin Avropa İttifaqında 30 gün müddətinə səfər etmələrinin dayandırılmasını nəzərdə tutur.
Təklifə əsasən, bu məhdudiyyət diplomatlara, Avropa İttifaqında uzun müddət qalmaq icazəsi olanlara, Birlik vətəndaşlarının ailə üzvlərinə və koronavirusla mübarizədə iştirak edən həkim, alim, ekspert və tibbi personala şamil olunmayacaq.
Trend.az
Şərhlər
şərhlər