TravelNews.Az

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.

Bu barədə səfirlik “Facebook” səhifəsində məlumat yayıb.

“COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa, consulate.azerbaijan@mfa.gov.lv elektron poçt ünvanına göndərin”, – deyə səfirliyin paylaşımında qeyd edilib.

 

 

Şərhlər

şərhlər