TravelNews.Az

Daha iki çarter reysi ilə 391 azərbaycanlı ölkəyə çatdırıldı

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, AZAL aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

 

Əlavə olunub ki, Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Şərhlər

şərhlər