Gürcüstan koronavirus infeksiyasının (Covid-19) yayılma riskini azaltmaq məqsədi ilə sabahdanhava nəqliyyatının hərəkətini tamamilə dayandıracaq.
Bunu bu gün Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə bildirib.
İ. Çikovani deyib ki, sabahdan etibarən hava hərəkəti tamamilə dayandırılacaq və yalnız Gürcüstan Hava Yolları tərəfindən hökumətlə kordinasiya edilmiş uçuşlar həyata keçiriləcək.
FED.az
Şərhlər
şərhlər