TravelNews.Az

ABŞ-da yaşamaq üçün qrin-kart verilməsi dayandıralacaq

ABŞ Prezidenti Donald Tramp tezliklə xarici vətəndaşlara Amerikada daimi yaşayış icazəsi sayılan qrin-kartların verilməsini dayandıracaq.

Bu haqda məlumatı “New York Times” yayıb. Nəşrin məlumatına görə, qadağa 10 minlərlə insana təsir edəcək.

“Bloomberg” nəşrinin yazdığına görə isə, Tramp ölkəyə işçi qüvvəsinin axınını da məhdudlaşdırmağı düşünür. Bütün bu sənədlərin sahibləri minimum 90 gün ərzində ABŞ-a gəlmək imkanından məhrum ediləcəklər. Qida sənayesi və tibb sahəsində çalışanlar üçün istisnalar nəzərdə tutulur.

Artıq ABŞ-da yaşayan H-1B iş vizalarının sahibləri də ölkədə amerikalıların iş yerlərini “əllərindən almadıqlarını” sübut etməldirlər.

Xatırladaq ki, Tramp daha əvvəl koronavirus pandemiyası səbəbindən ABŞ-a immiqrasiyanı dayandırmaq niyyətində olduğunu bəyan etmişdi.

Qafqazinfo

Şərhlər

şərhlər