TravelNews.Az

“Belavia” Bakıya birdəfəlik reys həyata keçirəcək

Belarusun “Belavia” şirkəti Bakıya birdəfəlik reys həyata keçirəcək.

Bu barədə aviaşirkətin “Facebook” səhifəsində yazılıb.

Qeyd olunur ki, Belarus və Azərbaycan vətəndaşlarının ölkələrinə qayıtması üçün şirkət mayın 12-13-də Minsk-Bakı-Minsk reysini həyata keçirəcək.

Təyyarə Minskdən mayın 12-də saat 23:15-də yola düşəcək, mayın 13-də 03:35-də Bakıya çatacaq. Bu reys yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur.

Bakıdan reys mayın 13-də saat 04:35-də yola düşəcək, Minskə saat 07:10-da çatacaq.

Biletləri “Belavia”nı saytından, aviaşirkətin bilet satışı ofislərindən və agentliklərdən əldə etmək olar.

Trend

Şərhlər

şərhlər