TravelNews.Az

Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək

Mayın 18-dən başlayaraq Yunanıstanda ölkədaxili səyahətlərə icazə veriləcək.

Bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

Onun sözlərinə görə, Yunanıstanın kontinental hissəsi ilə yanaşı Krit adasına gəmi səfərləri açılacaq.

Bundan başqa, mayın 18-dən lisey və gimnaziyaların birinci və ikinci sinif şagirdləri dərslərə qayıdacaq.

Ölkə ərazisində 500-dən çox çimərlik də müəyyən məhdudiyyətlərlə açılacaq.

Qeyd edək ki, bu günədək Yunanıstanda 2 770 nəfər koronavirua yoluxub, onlardan 156 nəfəri vəfat edib, 1 374 nəfəri sağalıb.

Trend

 

Şərhlər

şərhlər