Azərbaycanın tanınmış istirahət mərkəzi otelləri 2020-ci ilin turizm mövsümünə hazırlaşırlar.
Turizm sektorundan verilən məlumata görə, karantin rejiminin mayın sonuda başa çatması və artıq iyunun 1-dən etibarən otellərin turistləri qəbul edəcəyi gözlənilir.
Artıq bəzi otellər qiymətləri də açıqlayıblar.
Belə ki, «Quba Palas Otel»də 2 nəfərlik otaq günü 120 manat, həftə sonu üçün 160 manat nəzərdə tutulur.
Şabrandakı «Qalaaltı Hotel Spa»da isə iyunun 1-dən turizm mövsümü başlayacağı təqdirdə 2 nfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu 185 manat nəzərdə tutulub.
Şəkidəki «Marxal Hotel»ində isə qiymətlər iki nəfərlik standart otaq üçün 140 manat nəzərdə tutulub.
fed.az
Şərhlər
şərhlər