Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, Bakı-Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür:
“Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar sarı zonada olan Naxçıvan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.
Trend
Şərhlər
şərhlər