TravelNews.Az

Xorvatiya 10 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verir

Xorvatiya koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən Aİ-nin 10 dövlətinin vətəndaşlarının ölkəsinə girişinə qoyulan məhdudiyyətləri ləğv etdi.

Baş nazir Andrey Plenkoviç hökumətin iclası zamanı bildirib.

“Avstriya, Macarıstan, Almaniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya vətəndaşlarının ölkəyə girişinə icazə verilir”, – deyə Baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək.

Trend

Şərhlər

şərhlər