İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Məlumata görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək.
İlk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.
Qeyd edək ki, Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməyib.
Report
Şərhlər
şərhlər