İyunun 15-dən Türkiyə ilə uçuşların həyata keçirilməsi ilə bağlı qərarın TƏBİB tərəfindən də təsdiqlənməsi lazımdır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, nə qədər iqtisadi zərər olsa da, Azərbaycan üçün vətəndaşlarının sağlamlığı prioritetdir:
“Bu baxımdan da müzakirələr davam edir. Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq”.
Trend
Şərhlər
şərhlər