TravelNews.Az

Tunisdə daxili uçuşların bərpa ediləcəyi tarix məlum oldu

Tunisdə koronavirusla əlaqədar dayandırılan daxili uçuşlar iyunun 12-dən bərpa ediləcək.

TravelNews.Az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat və Logistika Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, hava əlaqəsinin bərpa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Tunis – Cerba (gündə iki dəfə) və Tunis – Tauzar (həftədə bir dəfə) reysləri həyata keçiriləcək.

Bildirilir ki, sərnişinlərin sanitar təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, Tunisdə yeni növ koronavirusa 1 087 yoluxma halı aşkarlanıb. Onlardan 982 nəfər sağalıb, 49 nəfəri isə vəfat edib.

Trend

 

Şərhlər

şərhlər