TravelNews.Az

“Lufthansa” sərnişinlərə koronavirus testindən keçməyi təklif etmək niyyətindədir

Almaniyanın “Lufthansa” aviaşirkəti uçuşdan əvvəl sərnişinlərə koronavirus testindən keçməyi təklif etməyi planlaşdırır.

Bu məqsədlə şirkət iyunda, iyulun əvvəllərində öz tərəfdaşları ilə birgə bir sıra hava limanlarında səyyar analiz mərkəzləri yaratmaq niyyətindədir.

Həmin mərkəzlər Frankfurt və Münhen hava limanlarında yaradıla bilər.

Şirkətin məlumatına əsasən, testin nəticəsi dörd saatdan sonra məlum  olacaq.

Trend

 

 

Şərhlər

şərhlər