TravelNews.Az

Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirilib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən TravelNews.Az-a  bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdiriliblər.

Şərhlər

şərhlər