Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Rüfət Hacıyev iyulun 5-dən etibarən iş icazələri ləğv olunması haqda fikrini bildirib:
“Hal hazırda müştərilər aldığı turlara, aviabiletlərə, ödədikləri pullara görə çox narahatdırlar. Turlar ləğv olunur, reyslər təxirə salınır. Müştərilər tarixləri dəyişir və ya pullarını geri tələb edirlər. Eyni zamanda Azərbaycana gəlmək istəyən turistlərin turları leğv olunur və partyorlar da ödəniş məsələləri həll edilmelidi. Yay mövsümünün bu vaxtı satılmış minlərlə turların ödəniş məsələləri tam açıq qalıb. Bu məsələləri evdən həll etmək mümkün deyil.
Bu ve digər səbəblərdən turizm sektoruna icazələrin verilmesi çox vacib olduğunu vurğuladıq. Ən azından hər şirkətin müdiri, mühasibi ve bir işçisinə icazənin verilməsini xaiş etdik. Ümüd edirik qəbul olunacaq.
Bildiyiniz kimi, COVID19 tək bizim sahəyə deyməyib, demək olar ki, bütün sahələri iflic edib. Buna baxmayaraq prezident cıxışında bildirdi ki, turizm sahəsinə dəstək davam etdiriləcək.
Anlayıram ki, hamımıza cətindir, amma mövcud vəziyyətdə yalnız səbirlə bu cətinliyi keçə bilərik.”
Şərhlər
şərhlər