TravelNews.Az

Rusiyada istirahət edən turistlərə- Pul Ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.

 

Bunu RF-in Baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.

“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların  xərclərinin qismən təzminatı üçün ayrılıb”, – deyə, hökumət başçısı bildirib.

(Oxu)

Şərhlər

şərhlər