Bu ilin III rübündə Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” şirkəti 946 milyon lirə (təxminən 123 milyon ABŞ dolları) zərər edib. Halbuki aviaşirkət ötən ilin eyni dövründən 3,7 milyard lirə (482 milyon ABŞ dolları) mənfəətlə çıxmışdı.
III rübdə Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” isə 103 milyon lirə (təxminən 13,5 milyon ABŞ dolları) mənfəət əldə edib. Bu isə illik müqayisədə 91,4% azdır.
Qonşu ölkənin hava limanlarının idarə edilməsi ilə məşğul olan TAV şirkəti isə III rübü 445 milyon lirə (təxminən 58 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 561 milyon lirə (təxminən 73 milyon ABŞ dolları) mənfəət əldə etmişdi.
mənbə:report.az
Şərhlər
şərhlər