Gələn ilin fevral ayından etibarən Gürcüstanda qış kurortlarının həm ölkə vətəndaşları, həm də xarici turistlər üçün açılaçağı gözlənilir.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, ağır epidemioloji vəziyyətə görə kurortların iki ay müddətinə istifadəyə verilməməsi barədə qərar qəbul edilib: “Lakin elan olunan məhdudiyyətlər yanvarın sonunadək qüvvədə qalacaq. Fevral ayından başlayaraq kurortların fəaliyyətə başlayacağı ilə bağlı müsbət gözləntilərimiz var”.
Qeyd edək ki, Gürcüstanda noyabrın 28-dən gələn ilin yanvarın 31-dək sərt məhdudiyyətlər tətbiq olunacaq. Bu dövr ərzində ölkənin bütün dağ-xizək kurortları bağlı olacaq. Kurortlarda qış mövsümü ənənəvi olaraq dekabrda başlayıb martın sonuna qədər davam edir.
mənbə:report.az
Şərhlər
şərhlər