TravelNews.Az

Türkiyəli nazir: “Beynəlxalq aviareysləri dayandırmayacağıq”

Türkiyə koronavirusa (COVID-19) pandemiyasının genişlənməsinə baxmayaraq beynəlxalq aviareysləri dayandırmağı planlaşdırmır.

Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.

O, həmçinin deyib ki, ölkəsində komendant saatı tətbiq olunsa da, aviabileti olan şəxslər hava limanlarına və əks istiqamətdə sərbəst hərəkət edə bilərlər.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin Səhiyyə naziri Fahrettin Koca İstanbul da daxil olmaqla, ölkənin bir çox bölgəsində koronavirusun 3-cü dalğasına çatdığını açıqlayıb.

mənbə:fed.az

Şərhlər

şərhlər