TravelNews.Az

Xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı bu şəxslər də buraxılır

AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyixüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
– Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
– Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Şərhlər

şərhlər