Şənbə , Noyabr 23 2024
azenru
Home / Blog / Gecikmiş payızım – İRADƏ QƏDİROVA YAZIR

Gecikmiş payızım – İRADƏ QƏDİROVA YAZIR

Olur ki, insan gec yaşamağa başlayır. Hər kəsdə bu səbəb fərqli olur. Bizim cəmiyyətdə qadın doğulmaq böyük faiz nisbətində özünlə bərabər ailənin mental dəyərlərinə bağlılıqla birgə doğulmaq demək olur və o zaman gec yaşamağa başlamağın ilk əsaslı səbəblərindən birinə çevrilir. Amma bir gün həyatını tam dəyişmək qərarı vermək qədər cəsarət hiss etdiyində yaşamaq tam günəşi ilə, tam rəngləri ilə həyatına daxil olmağa başlayır. O payız da belə həlledici anlardan biri oldu…

O payız təbiətdə fəsillərin dəyişməsini izləməyə başladığım ilk payız oldu. Gecikmiş payızım idi. Amma hər şeyin bir ilkinin buraxdığı əvəzsiz duyğular var ki, o gecikmiş duyğuların təsiri bu gün də hiss edilməkdədir.

Göygölə getməyə hazırlaşırdıq. Gölə gedilən yol qoruq ərazisindən keçir. İlk dəfə idi rənglərin çılğın festivalına düşmüş kimi idim. Təbiətdə sarının 100 çalarından tutmuş yaşılına kimi hər şey var idi. Torpağa basdığım hər yeni addım bir yeni heyranlıq doğururdu. O payız gölü tam gözəlliyi ilə görmək qismət olmadı. Göldə duman hökm sürməkdə idi və bir qədər sonra qar dənəcikləri atmağa başladı. Məyus deyildim. Çünki gölü yayda da tam gözəlliyi ilə görə biləcəkdim. Unudulmaz olan oranın bəxş etdiyi sarı-qırmızı gözəllik idi. Məhz Göygöldə yaşadığım o payız mənə payızla bağlı fikirlərimi dəyişməyə səbəb oldu. Əgər o ana kimi payız mənim üçün melanxolik və qəm-qüssə fəsli idisə, artıq payız rənglərin tüğyan etdiyi və ruhunun mərkəzində səni heyranlıqdan rəqs etməyə vadar edən bir mövsümə çevrilmişdi. İstər xəzanında, istər yağışında, istərsə də dumanında gözəllik yaşandığı bir mövsümdə qəm-qüssəyə artıq yer qalmırdı. O payız mənə payızı sevdirmiş və hər il gözləməyə səbirsizləndirmiş oldu.


Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …