Şənbə , Noyabr 23 2024
azenru
Home / İnnovasiyalar / Turizm sənayesinin subyektlərinin və turistlərin nəzərinə

Turizm sənayesinin subyektlərinin və turistlərin nəzərinə

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

TravelNews.Az xəbər verir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elektron xidməti vasitəsilə aşağıda qeyd olunan linkə daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür:

https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=3

Ölkəmizin zəngin tarixi, mədəni və təbii resurslarının mövcudluğu turizmin müxtəlif növləri ilə yanaşı, ekoturizmin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ekoturizm fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən milli parklarda yaradılmış bir sıra turizm infrastrukturları, hazırlanmış turizm marşrutları və turist xidmətləri yerli və xarici turistlərin diqqətini cəlb edir.

Hazırda ölkə ərazisində 9 milli park (1. Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, 2. Ağgöl Milli Parkı, 3. Şirvan Milli Parkı, 4. Hirkan Milli Parkı, 5. Altıağac Milli Parkı, 6. Abşeron Milli Parkı, 7. Şahdağ Milli Parkı, 8. Göy-göl Milli Parkı, 9. Samur-Yalama Milli Parkı)  fəaliyyət göstərir.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir