Cümə axşamı , Aprel 25 2024
azenru
Home / Tədbirlər

Tədbirlər

Azərbaycan haqqında məlumatlılığın artırılması məqsədilə silsilə tədbirlər davam edir

Dekabrın 17 və 21-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən ikincisi və üçüncüsü keçirilib. Asiya Şotlandiya İnstitutunun (Asia Scotland Institute) dəstəyi ilə təşkil olunan vebinar “İpək Yolunda Mədəniyyət, Həyat Tərzi və Biznes: Qafqaz Regionunda Optimizm Rəmzi olan Müasir Memarlığa Diqqət” mövzusu ilə …

Read More »

Nar bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilib. Bu gün, Azərbaycan Respublikasının təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədi UNESCO-nun Bəşəriyyətin …

Read More »

Qarabağın turizm potensialı Türkiyənin “Uzakrota Online 2020” turizm sammitində tanıdılıb

Dekabrın 1-də Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Türkiyənin ən böyük turizm tədbirlərindən biri hesab olunan “Uzakrota Online 2020” turizm sammitində çıxış edərkən Qarabağ, onun turizm imkanları və burada turizmin inkişafı perspektivləri haqda məlumat verib. O bildirib ki, gələcək planlarda Qarabağ regionunun yeni turizm destinasiyası kimi təqdimatı ərazidə …

Read More »

Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün təlim proqramını elan edib. 6 müxtəlif istiqamət üzrə hazırlanmış təlim proqramına bələdçilər, turizm agentlikləri və turoperatorlar üçün kurslar, qonaqpərvərlik və qastronomiya üzrə kurslar, fərdi keyfiyyətlər üzrə kurslar, eləcə də regionlar üçün xüsusi kurslar daxil edilib. …

Read More »

Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib. Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm …

Read More »

Azərbaycan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına ev sahibliyi etmək üçün müraciət edəcək

Azərbaycan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etmək üçün müraciət edəcək. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib. Agentlik sədri iyun ayında Qəbələ şəhərində “Turizmin …

Read More »

KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olundu

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.Onlayn iclasda növbəti iki il üçün Agentlik yanında İctimai Şuranın yeni üzvləri və sədri seçilib. İctimai Şurada təmsil olunan sahəvi assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə təşkil olunmuş iclasda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri …

Read More »

Beynəlxalq sərgidə Qarabağ və onun turizm imkanları tanıdılıb

Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib. Dövlət Turizm Agentliyindən bildirdiyi məlumata görə, koronavirus (COVID-19) pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1 mindən çox iştirakçı qatılıb. Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş …

Read More »

“Türkivision” mahnı müsabiqəsinin Şuşada keçirilməsi planlaşdırılır

2021-ci ildə “Türkivision” mahnı müsabiqəsi Şuşada keçirilə bilər. Bildirilib ki, texniki məsələlər həll ediləcəyi tədqirdə Şuşa şəhəri müsabiqəyə ev sahibliyi edəcək. Məlumat üçün bildirək ki, Türkiyənin TMB telekanalı tərəfindən qurulan beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib. Bu ilki müsabiqə koronavirus pandemiyası səbəbindən onlayn keçiriləcək. Xatırladaq ki, Azərbaycan …

Read More »

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan layihənin ilk modul təlimi keçirilib

Noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin ilk modul təlimi keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən …

Read More »