Cümə , Aprel 26 2024
azenru
Home / Xəbərlər (page 3)

Xəbərlər

Pakistanın aparıcı turizm şirkətləri Qarabağın turizm imkaları haqqında məlumatlandırılıb

Dekabrın 14-də Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri arasında “Turizm və Davamlı İnkişaf Məqsədləri” mövzusunda onlayn görüş keçirilib. Onlayn müzakirələr zamanı iştirakçılara Azərbaycanın turizm potensialı nümayiş olunub, iki ölkə arasında postpandemiya dövründə gəlmə və getmə turizminin inkişaf etdirilməsi, investisiya yatırımlarının artırılması kimi məsələlər müzakirə edilib. Pakistandan olan iştirakçılara …

Read More »

Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub

9-10 dekabrda Azərbaycan Turizm Bürosunun tərəfindən Cənubi Asiya ölkələrinin iştirak etdiyi “Travel Meet Asia 2020” və Özbəkistanın turizm şirkətlərinin qatıldığı “Tour Expo Tourism Fair” adlı virtual tədbirlərdə Qarabağ və onun turizm imkanları təbliğ edilib. Tədbirlər çərçivəsində keçirilmiş görüş və vebinarlarda iştirakçılara Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqda …

Read More »

Xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı bu şəxslər də buraxılır

AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyixüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır: ⠀ – Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri; – Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər; – Azərbaycan Respublikasında işləmək icazəsi …

Read More »

Türkiyə və Azərbaycan arasında sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəyik

“Qardaşım Ceyhun Bayramovla imzaladığımız protokolla Türkiyə və Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəyik”. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb. ““Tək Millət, İki Dövlət”ə də bu yaraşar! Xeyirli olsun”, – deyə Türkiyə XİN başçısı qeyd edib.

Read More »

Müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi vaxtı uzadıldı.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidməti bildirir ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir. Naxçıvan və Türkiyə istiqamətində isə yerinə yetirilən xüsusi reyslər …

Read More »

Karantin rejimində hotellər necə fəaliyyət göstərir?

Hazırda Bakıda böyük hotellərin 6-ı, kiçik hotellərin isə bir neçəsi fəaliyyət göstərir. Bu barədə Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib. Onun sözlərinə görə, hazırda hotellərdən turizm məqsədilə deyil, yalnız qısa iş səyahətləri üçün istifadə edilir: “Bəzi şirkətlər karantinlə əlaqədar işçilərini iki həftə ərzində hotellərdə yerləşdirirlər. Buna görə …

Read More »

“Silk Vey East Aviaşirkəti” nizamnamə kapitalını azaldır

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey East Aviaşirkəti” MMC təsisçilərinin ümumi yığıncağının qərarına əsasən nizamnamə kapitalını azaltdığını elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Bununla belə, kommersiya qurumu kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb. Xatırladaq ki, “Silk Vey East Aviaşirkəti” …

Read More »

“Kəlbəcər və Laçın yenidən Azərbaycanın turizm simasına çevriləcək”

“Azərbaycan Ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Kəlbəcər və Laçın rayonları SSRİ dövründə turizm bölgəsi kimi tanınıblar. Düşünürəm ki, onlar yenidən Azərbaycanın turizm simasına çevriləcək”. Turizm üzrə ekspert Ceyhun Aşurov qeyd edib ki, “Məsələn, təkcə Kəlbəcərə o vaxtlar müttəfiq respublikalardan ildə 50 min turist gəlirdi. Bu rayonun ərazisi dəniz səviyyəsindən 1 500-3 …

Read More »

Türkiyəli nazir: “Beynəlxalq aviareysləri dayandırmayacağıq”

Türkiyə koronavirusa (COVID-19) pandemiyasının genişlənməsinə baxmayaraq beynəlxalq aviareysləri dayandırmağı planlaşdırmır. Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib. O, həmçinin deyib ki, ölkəsində komendant saatı tətbiq olunsa da, aviabileti olan şəxslər hava limanlarına və əks istiqamətdə sərbəst hərəkət edə bilərlər. Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin Səhiyyə naziri …

Read More »

UIA aviaşirkəti Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək

“Ukraynanın Beynəlxalq Hava Yolları” (UIA) aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək. Heydər Əliyev Beynəlxalq Aeroportunun bildirdiyi məlumata görə, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək. Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya …

Read More »