TravelNews.Az

Turistlərə kulinar ustad saatları keçirilir – BAKIDA

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə layihəsinə start verilib.

TravelNews.Az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, layihənin gerçəkləşdiyi ilk gün 200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib, onlara milli mətbəximizin ən ləziz təamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb.

Layihə Azərbaycanın zəngin mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.

Şərhlər

şərhlər