TravelNews.Az

“Şahdağ” ilk üçlükdə, “Tufandağ” isə ilk onluqda

Rusiyanın “TurStat” Analitik Agentliyi MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb.

TravelNews.Az turstat.com-a istinadən xəbər verir ki, reytinq 2017-2018-ci ilin qış mövsümündə turistlərin yerləşdirilməsi üçün onlayn-bron sistemində tutulan yerlərin sayı barədə məlumatların təhlilinin nəticələrinə əsasən təqdim edilib.

Azərbaycanın Şahdağ kurortu MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib. Qəbələnin yaxınlığında yerləşən Tufandağ da birinci onluqdadır. MDB-nin ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Çimbulak (Qazaxıstan) və Siliçi (Belarus) də daxildir.

MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7-10 gün müddətinə planlaşdırılır.

Şahdağ və Tufandağda istirahətin turistik büdcəsi yaşayış yeri və yemək xərci də daxil olmaqla, orta hesabla sutkada 90 ABŞ dolları təşkil edir.

Şərhlər

şərhlər