Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Tag Archives: travel news azerbaijan

Tag Archives: travel news azerbaijan

Azərbaycanda turizm sektoru nə vaxt canlanacaq?

Koronavirus (COVID-19) pandemiyasının davam etməsini və Qarabağdakı vəziyyəti nəzərə alsaq hazırda turizm sektorunda canlanmadan danışa bilmərik, bunu açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib. “Pandemiya turistik bölgələrə gediş-gəlişi məhdudlaşdırıb” “Pandemiyanın 2-ci dalğasının gəlməsi nəticəsində regionlara gediş-gəliş məhdudlaşdırılıb. Giriş-çıxışın bağlandığı yerlərin çoxu turistik bölgələrdir. Odur ki, qış …

Read More »

Əmir Teymurun 14 il ərzində ələ keçirə bilmədəyi qala – ƏLİNCƏ QALASI

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində bizim növbəti səfərimiz tarixi 2 min il bundan əvvələ dayanan Əlinca qalasınadır. Culfa rayoununda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsində yerləşən bu qalanı qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və s. kimi qeyd ediblər. Bu qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. …

Read More »

Yeraltı dünyanın möcüzəsi – DUZDAĞ MAĞARASI

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində Əshabi-Kəhf ziyarətgahından sonra möcüzəvi “Duzdağ” Fizioterapiya Mərkəzinə  yola düşürük. Mərkəz Naxçıvan şəhərindən 14 km aralıda, dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. 1979-cu ildən fəaliyyət göstərən məşhur fizioterapiya xəstəxansının bazasında müasir standartlar səviyyəsində yaradılıb. Bronxial astma, allergik infeksion peredastma, xroniki bronxit, allergik rinosinusopatiya, polinozlardan əziyyət …

Read More »

Möcüzəli məkan, müqəddəs ziyarətgah – ƏSHABİ-KƏHF

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində növbəti virtual səyahət etdiyimiz taixi və müqəddəs məkana – Əshabi-Kəhfə yola düşürük.  Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgah Naxçıvan Muxtar Respublikasının gəzib-görməli yerlərindən biridir, hətta bəzi insanlara görə birincisidir. Ziyarətfah Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir. …

Read More »

Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib

Aprelin 12-də “Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu-AzKB ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib. Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edilib. Qeyd edilib ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE – Toplantı, Təşviqat, Konfrans …

Read More »

Naxçıvanı tanıyaq və tanıdaq – FOTOREPORTAJ

Qədim Azərbaycan torpağı Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Yaxın günlərdə Azərbaycandan və dünyanın müxtəlif ölkərlərindən olan turizm şirkətlərinin nümayəndələri bu qədim diyarda bir araya gəlib. Aprelin 8-10-u tarixlərində “Nəqşicahan Holding”in təşkilatçılığı ilə keçirilən “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində 200-dən çox iştirakçı Naxçıvan Muxtar Respublikasının turizm …

Read More »

“AITF 2018” sərgisi sona çatıb – GENİŞ FOTO İCMAL

Aprelin 7-i Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AITF 2018”) sərgisinin sonuncu iş günü olub. “BÜTÜN DÜNYA. BİR SƏRGİ” şüarı ilə keçirilən “AITF 2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edərək, işgüzar turizm “qovşağı” kimi nüfuzunu bir daha təsdiq edib və peşəkarların görüşdükləri məkan, eləcə …

Read More »

Uşaqlar AZAL-la “Oppalar”a səyahət edəcək

“Azərbaycan Hava Yolları” QSC uşaqlar üçün nəzərdə tutulmuş yeni “Oppalar” bort jurnalı aviaşirkətin bütün reyslərində təqdim etməyə başlayıb. TravelNews.Az xəbər verir ki, jurnalda həm ən kiçik sərnişinlər (6 yaşa kimi), həm də daha böyük uşaqlar (6 yaşdan 12 yaşa kimi) üçün maraqlı tapşırıqlar və rəngləmək üçün şəkillər var. Qeyd edək …

Read More »

Bakı Şopinq Festivalı 1-31 may tarixlərində keçiriləcək

Bu yazın ən çox gözlənilən tədbiri, şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirməkdə olan Bakı Şopinq Festivalının keçirilməsi 1-31 may tarixinə təyin edilib.  TravelNews.Az xəbər verir ki, budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.  Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı …

Read More »