Şənbə , Aprel 27 2024
azenru
Home / Blog / Çilidə əsrarəngiz hotel- şəlalə

Çilidə əsrarəngiz hotel- şəlalə

Çilinin ecazkar guşələrindən birində əmin-amanlıq və harmoniya atmosferinin hökm sürdüyü bir yer var. Şəhərin səs-küyündən dincəlmək və təbiətin gözəlliyinindən həzz almaq istəyirsinizsə “Sehirli dağ” (Montaña Mágica Lodge) hotelinə üz tutun.

Bu əsrarəngiz yer 2007-ci ildə YUNESKO-nun Dünya İrsinə daxil edilmiş Huilo-Huilo Milli Qoruğunun ərazisində yerləşir. Hotelin əsas xüsusiyyəti ətraf mühiti məhv etməyərək, təbiətlə ahəngdar birləşməsidir. Hotel layihəsi Çili ekoloji turizminin inkişafına ən böyük töhfə kimi tanınıb.

Layihəni yaradarkən memarlar qarşılarına önəmli bir məqsəd qoyublar – qoruğun təbiətinin harmoniyasını və bütövlüyünü qoruyacaq bir otel yaratmaq. Nəhəng şəlalə binanı nəinki bəzəyir, eyni zamanda otelin divarlarını bürüyən  yamacları su ilə qidalandırır.

Yerli əfsanə memarları belə qeyri-adi hotel yaratmağa ilhamlandırıb. Əfsanəyə görə, bu meşədə xəyalları gercəkləşdirən sehirli bir dağ var idi. O, ruhlar tərəfindən qorunur və ancaq cəsarətlənərək onun zirvəsinə qalxan insan istəkli arzusunu gerçəkləşdirə bilərdi.

“Sehirli Dağ” hoteli 2005-ci ildə inşa olunub. Onun tikintisində istifadə olunan bütün materiallar – qara daş və ağac – qoruqdan götürülmüşdür. Yerli sənətkarlar əcdadlarının adət-ənənələrini davam etdirərək, qədim üsullardan istifadə edərək bu ecazkar quruluşun yaradılması üzərində çalışıblar.

Hoteldə mağaraları xatırladan 13 otaq var. Bütün otaqlar müasir rahatlıq ilə təmin olunub, otaqlarda yerləşən böyük pəncərələr isə meşənin gözəlliyindən zövq almaq üçün əla fürsət yaradır. Ən maraqlısıda odur ki, hoteldə nömrələr yoxdur, hər otaq  Çili quşlarının adını daşıyır.

Həmçinin qoruq öz qonaqlarına bir çox aktiv əyləncələr təklif edir: at sürmək, isti bulaqlarda üzmək, balıq ovu və ən cəsarətli əyləncə – dağ çayında raftinq.
“Sehirli dağ” hotelinə getmək çox vaxt apara bilər, amma buna dəyər. Başlanğıc nöqtəsi Çilinin paytaxtı Santyaqodur, oradan təyyarə ilə Valdivia əyalətinə 800 km məsafədir.

Travelnews.az

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir