Şənbə , Aprel 27 2024
azenru
Home / Blog / Birinci və ikinci pilot fərqli qidalandığını bilirsinizmi?

Birinci və ikinci pilot fərqli qidalandığını bilirsinizmi?

Həyatında heç vaxt təyyarə ilə  səyahət etməyən insanlar demək olar ki, çox azdır. Uçuşdan öncə biz adətən eyni qaydaları eşidirik: kəməri necə düzgün bağlamalı, qəza zamanı hansı çıxışdan istifadə etməli və özünü necə aparmalı. Amma təyyarənin pilot kabinəsində nə baş verdiyi sərnişinlər üçün sirr olaraq qalır.

Təyyarənin ekipaj üzvləri bir çox qayda və tələblərə riayət etməlidir. Məsələn, pilotların saqqal saxlamağına qadağa qoyulması bizə qeyri-adi gələ bilər. Amma bunun məntiqli izahı var: fövqəladə hallarda oksigen maskası taxdıqda, maska üzə kip oturmalıdır. Bundan əlavə tayyarə kapitanlarının qida qəbulu ilə bağlı tələblər də var. Birinci və ikinci pilotlara uçuş zamanı fərqli yeməklər verilir. Bu cür qaydalar əksər avialaynerlərdə ona görə tətbiq olunur ki, pilotlardan biri qidadan zəhərlənərsə, o biri pilot onu əvəz edə bilsin.

Pilotlardan biri  kabinəni qısamüddətli tərk etdikdə, onu təyyarə bələdçisi əvəz edir. Bələdçi o biri pilotun  necə vəziyyətdə olduğunu müşahidə edir.

Pilotlar təyyarənin  göyərtəsində olan bütün sərnişinlərə görə cavabdehdir, ona görə də təhlükəsizlik və sığortalanmaq hər şeydən önəmlidir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir